Показаны сообщения с ярлыком Porsche. Показать все сообщения
Показаны сообщения с ярлыком Porsche. Показать все сообщения

16 июня 2014

TopCar-dan Porsche 911 Turbo Stinger GTR


Rusiyanın “TopCar” tüninq atelyesi satışdan sonra “Porsche 911”-in Turbo və Turbo S versiyaları üçün proqram hazırlayıb. “Stinger GTR” tüninq dəsti kevlardan və karbon lifindən hazırlanmış daha aqressiv və böyük ban asmasına malikdir.

Vorsteiner-dən Porsche Boxster S


Yeni rodster “Porsche Boxster S”-in satışdansonra tənzimlənməsi üçün avtomobil sahibi “Supreme Power” şirkətinə müraciət edib və şirkət onu şəkildə gördüyümüz vəziyyətə gətirib.
Ştutqart sportkarının daha yaxşı təsir bağışlaması üçün gözəl təkərlərə ehtiyac oldu ki, bu rolda “Vorsteiner” şirkətinin diskləri çıxış etdilər. Ümumilikdə, bu kiçik idman avtomobili öz orijinal dizaynına və konstruksiyasına sahib qalıb.

ByDesign-dan Porsche 911 Turbo


Səudiyyə Ərəbistanının “ByDesign Motorsport” tüninq şirkəti növbəti sportkarı – 2014-cü il modeli olan kupe “Porsche 911 Turbo S”-i tamamlayıb.
Avtomobil sahibinin istəyi ilə sportkar daha aqresiv bodi-kit “geyindiriblər” və “ADV.1 Wheels” şirkətinin istehsalı olan orijinal dizaynda böyükölçülü disklər quraşdırıblar.

25 мая 2014

Porsche rodster Boxster S-i dəyişdi


Seriya avtomobillərinin fərdiləşdirmək imkanlarını nümayiş etdirməyə davam edən “Porsche Exclusive” bölməsi köklənmiş rodster “Boxster S”-i təqdim etdi. Xüsusi ban və salon sayəsində şou-kar daha da cəlbedici və fərdi görünməyə başladı. Bundan başqa, onun üçün bəzi seçim paketləri meydana gəldi.

27 марта 2014

Stinger-dən Porsche 911 Carrera Cabrio


Rusiyanın “TopCar” şirkəti özünün “Stinger” tüninq-paketini ABŞ bazarına çıxarır və orada yenilənmiş kabriolet “Porsche 911 Carrera”-nı təqdim edir. Parlaq-qırmızı rəngli üstüaçılan sportkar 18530 dollar qiyməti olan ban asması (karbon lifindən olan versiya bir qədər bahadır) və eksklüziv dizaynlı böyük təkər diskləri alıb.

17 марта 2014

Porsche Macan — ilk tüninqi meydana gəldi


Krossover “Porsche Macan” bu yaxınlarda dünya premyerasını qeyd edib. Onun satışa yeni çıxmasına baxmayaraq, tüninq olunmuş variantı da meydana gəlib. Həm də dünyada ən cəld atelye “Porsche” modellərinin “düzəldilməsində” ixtisaslaşan alman tüninq-atelyeləri deyil, Moskva atelyesi Top Car-ın mütəxəssisləri oldu. Hələlik yalnız asma variantı hazırdır, lakin Top Car mütəxəssisləri “Porsche Macan”-ın mühərriklərini də mükəmməlləşdirməyə hazırlaşırlar. Artıq məlumdur ki, “Porsche Macan Turbo” modifikasiyası 100 a.g. əlavə (500 a.g.-n qədər), gələcəkdə isə 600 a.g. olan mühərrik əldə edəcək.

Yeni Cayenne 2017-ci ildə işıq üzü görəcək


Məşhur krossover “Porsche Cayenne”-nin yeni nəsli artıq hazırlanır, lakin markanın birinci krossoverinin xarici görünüşünün “Macan” üslubunda olacağı artıq məlumdur. Düzdür, yeniliyi elə də çox oxşatmayacaqlar. Üçüncü nəsil “Cayenne” isə 3 ildən sonra meydana gələcək.

Vorsteiner-dən Porsche 911 Carrera S V-GT


2014-cü model ilinin sportkarı “Porsche 911 Carrera S” alman tüninq şirkəti “Vorsteiner”-in Amerika bölməsindən təzə bodi-kit əldə etdi. V-GT adlı aerodinamik asmanı böyük diametrli dəbli təkər diskləri ilə tamamlayıb parlaq qırmızı kupeyə quraşdırıblar.

05 марта 2014

24 декабря 2012

Onyx Concept Porsche Panamera GST Edition



İrland tüninq-atelyesi “Onyx Concept” lüks alman hetçbeki “Porsche Panamera” üçün aerodinamik asma üzərində işi sona çatdırdı.

Porsche 911 trek variantı


“Porsche” şirkəti yeni nəsil sportkar 911-in yarış variantını təqdim etdi. “911 GT3 Cup” adlı modifikasiya güclü oppozit mühərrik, hərəkət hissəsinin bir sıra dəyişiklikləri, təhlükəsizlik karkası əldə edəcək və bənzər yol variantının sələfi olacaq. “Porsche 911”-in “kubok” variantını şirkətin tədqiqat mərkəzində “Çempionlar gecəsi” adlanan tədbirdə təqdim etdilər.

Porsche 911 V-GT Vorsteiner


Amerika atelyesi “Vorsteiner”-in tünerləri kupe “Porsche 911 (991)” üçün elementlərinin əksəriyyətinin karbon lifindən olan “V-GT” aerodinamik paketini hazırladılar. Asmaya hava çıxışının iki kəsiyi və karbon splitteri olan ön bamperin qoymaları, əlavə ventilyasiya dəlikləri olan yan “ətəklər” və kiçik arxa spoyler daxildir.