17 марта 2014

Vorsteiner-dən Porsche 911 Carrera S V-GT


2014-cü model ilinin sportkarı “Porsche 911 Carrera S” alman tüninq şirkəti “Vorsteiner”-in Amerika bölməsindən təzə bodi-kit əldə etdi. V-GT adlı aerodinamik asmanı böyük diametrli dəbli təkər diskləri ilə tamamlayıb parlaq qırmızı kupeyə quraşdırıblar.




Belə sadə tüninq-paket banın aerodinamikasını yaxşılaşdırmağa və avtomobilin orijinal dizaynını saxlayaraq, ona fərdilik əlavə etməyə kömək etdi.


Qabaq bamperin aşağı hissəsində əlavə ventilyasiya dəlikləri olan splitter quraşdırılıb, yanlarda nazik astanalar qoyulub, arxa bamperə isə karbon lifindən hazırlanmış ikiqabırğalı diffuzor yerləşdirilib.


Zavod təkərlərinin yerinə özlərinin istehsal etdiyi 20 düymlük lehimli V-FF 101 disklərini quraşdırıblar. Əyləc sisteminin qırmızı supportları ilə təzad üçün disklər tutqun boz rəngə boyanıb.


Qabaq oxda 245/35, arxa oxda isə 295/30 ölçülü Pirelli P Zero şinləri sayəsində yol zolağı ilə möhkəm bağlantı təmin olunur.

Комментариев нет:

Отправить комментарий

Rəy bildir