24 декабря 2012

Onyx Concept Porsche Panamera GST Edition



İrland tüninq-atelyesi “Onyx Concept” lüks alman hetçbeki “Porsche Panamera” üçün aerodinamik asma üzərində işi sona çatdırdı.


“Onyx” atelyesinin tamamlanmış avtomobili məhz “Porsche Panamera GST Edition” kimi adlandırdığı layihənin ilk kompüter təsvirləri bir ay əvvəl meydana çıxmışdı, bugün isə tüner artıq yeni tüninq proqramının ilk şəkillərini nəşr etdi.



Seriyalı avtomobilin tamamlanması iki mərhələli olacaq. Avtomobili birinci mərhələdə bəzi xırda kosmetik yeniliklər, ikincidə isə daha aqressiv aksesuarlar gözləyir.

Tamamlanmanın ilk mərhələsində avtomobil yenilənmiş qabaq bamper, yan ətəklər, rənglənmiş təkər arkaları, baqaj qapağının spoylerini, arxa bamperdə diffuzor və qazçıxarma sistemində yeni borucuqlar alacaq.




Bundan da artıq arzu edənlər üçün “Onyx Concept” ventilyasiyalı “Supersport” kapotu, karbondan hazırlanmış arxa görünüş güzgüləri, karbon dam və daha aqressiv görünüşə malik qabaq bamper təklif edir.

Opsional olaraq yeni təkərlər almaq, interyerin işlənməsini yeniləmək, oturacaqları dəri ilə tikmək, mərkəzi konsolu karbon əlavələrlə bəzəmək və döşəməyə qusu dərisindən xalı salmaq mümkündür.

Mənbə: AUTO.AZ

Комментариев нет:

Отправить комментарий

Rəy bildir