17 марта 2014

Porsche Macan — ilk tüninqi meydana gəldi


Krossover “Porsche Macan” bu yaxınlarda dünya premyerasını qeyd edib. Onun satışa yeni çıxmasına baxmayaraq, tüninq olunmuş variantı da meydana gəlib. Həm də dünyada ən cəld atelye “Porsche” modellərinin “düzəldilməsində” ixtisaslaşan alman tüninq-atelyeləri deyil, Moskva atelyesi Top Car-ın mütəxəssisləri oldu. Hələlik yalnız asma variantı hazırdır, lakin Top Car mütəxəssisləri “Porsche Macan”-ın mühərriklərini də mükəmməlləşdirməyə hazırlaşırlar. Artıq məlumdur ki, “Porsche Macan Turbo” modifikasiyası 100 a.g. əlavə (500 a.g.-n qədər), gələcəkdə isə 600 a.g. olan mühərrik əldə edəcək.


Asmaya gəldikdə isə, krossover yeni splitterli qabaq bamper, genişləndirilmiş təkər yarımhalqaları, yeni astanalar, qabaq qanadlara Top Car loqotipli qoymalar, diffuzorlu arxa bamper və arxa qapının üstündə spoyler əldə edəcək. Asmanın qiyməti 18 270 avro olacaq. 

Bu asma “Porsche Macan”-nın bütün modifikasiyaları üçün əlverişli olacaq. Müştərinin istəyi ilə avtomobilin salonunu müxtəlif növ dəri və alkantara ilə bəzəmək, ona karbon qoymalar əlavə etmək olar. Lakin bu fərdi şəkildə olunduğu üçün hər bəzəyin qiyməti müxtəlif olacaq. Müştərinin istəyi ilə avtomobilə 21 düymlük ADV.1 lehimli təkər disləri “geyindirəcəklər”. Dəstin qiyməti 10 000 ABŞ dollarıdır.

Комментариев нет:

Отправить комментарий

Rəy bildir