16 июня 2014

Vorsteiner-dən Porsche Boxster S


Yeni rodster “Porsche Boxster S”-in satışdansonra tənzimlənməsi üçün avtomobil sahibi “Supreme Power” şirkətinə müraciət edib və şirkət onu şəkildə gördüyümüz vəziyyətə gətirib.
Ştutqart sportkarının daha yaxşı təsir bağışlaması üçün gözəl təkərlərə ehtiyac oldu ki, bu rolda “Vorsteiner” şirkətinin diskləri çıxış etdilər. Ümumilikdə, bu kiçik idman avtomobili öz orijinal dizaynına və konstruksiyasına sahib qalıb.



Adi təkərlər əvəzinə, yenilənmiş “Porsche Boxster” qabaq oxda 20x8,5, arxa oxda isə 20x10 ölçüləri olan 10-milli “Vorsteiner V-FF 101 Flow Forged” diskləri aldı.

Disklər aşağı profilli “Yokohama” şinlərinə bürünüblər və onlar “KW” koyloverləri ilə birlikdə sportkara kəskin döngələrdə çox kömək edirlər. Qara aksentlər və qırmızı rəngli əyləc supportları avtomobilin ağ banı ilə əla təzad yaradır.


Robotlaşdırılmış PDK sürət qutusu ilə birgə 3,4-litrlik oppozitli “altılıq” heç bir yenilik əldə etməyib. Bu mühərrik 315 a.g.-ə malikdir və “Porsche Boxster S”-i 0-dan 100 km/saata 5 saniyəyə çatdırır.


Комментариев нет:

Отправить комментарий

Rəy bildir