16 июня 2014

TopCar-dan Porsche 911 Turbo Stinger GTR


Rusiyanın “TopCar” tüninq atelyesi satışdan sonra “Porsche 911”-in Turbo və Turbo S versiyaları üçün proqram hazırlayıb. “Stinger GTR” tüninq dəsti kevlardan və karbon lifindən hazırlanmış daha aqressiv və böyük ban asmasına malikdir.



Bundar əlavə, müştərilərə eksklüziv konstruksiyalı təkər diskləri və qazburaxma sisteminin fərqli sonluqları təklif ediləcək. “Porsche 911 Stinger GTR”-in debütü avqust ayında Moskva motorşousunda olacaqdır.


Avtomobilin idman xarakterini vurğulayan və onun aerodinamik keyfiyyətlərini yaxşılaşdıran yeni bodi-kit ştutqart kupesinə böyük aşağı dodağı olan qabaq bamper, yan ətəklər, əlavələri olan genişləndirilmiş qanadlar, diffuzoru olan yeni arxa bamper və mühərrik hissəsinin qapağında spoyler verəcək.

Комментариев нет:

Отправить комментарий

Rəy bildir