16 июня 2014

ByDesign-dan Porsche 911 Turbo


Səudiyyə Ərəbistanının “ByDesign Motorsport” tüninq şirkəti növbəti sportkarı – 2014-cü il modeli olan kupe “Porsche 911 Turbo S”-i tamamlayıb.
Avtomobil sahibinin istəyi ilə sportkar daha aqresiv bodi-kit “geyindiriblər” və “ADV.1 Wheels” şirkətinin istehsalı olan orijinal dizaynda böyükölçülü disklər quraşdırıblar.



Qara detalları olan parlaq rəngli ban sportkarı digər baza avtomobillərindən fərqləndirir və onu daha cazibədar və idmansayağı edir. Sportkarın xarici hissəsində biz qabaq bamperdə aşağı dodaq, yan ətəklər, arxa bamperdə diffuzor və mühərrik qapağının üzərində olan spoylerdən sonra daha hündür spoyler görürük.


Ən güclü “911” hər iki bamperdə qara əlavələrə, yanlarda qara xətlərə, qara dama, tündləşdirilmiş şüşələrə, arxa qanadlarda qara havaçıxıntılarına və səsli qazburaxma sisteminin 4 ədəd qara borucuqlarına malikdir.

991 banında “Porsche 911 Turbo S” qara milləri və sarı haşiyəsi olan 21-düymlük “ADV5.2 TS SL” diskləri üzərində hərəkət edir. Mərkəzdən bir qayka ilə bərkidilmiş disklər qabaq oxda 255/30, arxa oxda isə 325/25 ölçüləri olan yüksək məhsuldarlı “Pirelli PZero” idman şinlərinə “bürünüb”.


560 a.g. verən 3,8-litrlik 6-silindrli mühərrik çox güman ki, dəyişilməyib və kupeni 100 km/saata cəmi 3,1 saniyəyə çatdırır, maksimal sürət isə 318 km/saatdır.

Комментариев нет:

Отправить комментарий

Rəy bildir