Yaponiyanın “Wald International”
tüninq-atelyesi rəsmi olaraq 958-ci banda ikinci nəsil “Porsche Cayenne”
yolsuzluq avtomobili üçün “Black Bison” paketini təqdim etdi.
Tüninq olunmuş avtomobil seriyalı
modeldən idman bodi-kiti, eksklüziv dizaynlı təkərlər və bir sıra digər
aksessuarlarla fərqlənir. Yaponlar, həmçinin texniki hissəyə də toxunublar. Onlar
avtomobilin asmasını aşağı salıblar və qaz buraxma sisteminin konstruksiyasını
bir qədər dəyişiblər.
“Porsche Cayenne” splitteri,
ventilyasiya kəsiyi, duman əleyhinə fənərləri və diodlu hərəkət işıqları olan
tamamilə yeni qabaq bamper, ventilyasiya olunan kapot, yan ətəklər, vertikal
kəsikli genişləndirilmiş təkər arkalar. Həmcinin avtomobil böyük diffuzoru və
diodlu işıqları olan fərqli qabaq bamper, damın və baqaj qapağının sonunda
spoylerlər alıb.
Avtomobilin idman və təcavüzkar
üslubunu aşağı profilli şinləri olan 24-düymlük qara “Wald Renovatio R13”
diskləri və qaz buraxma sisteminin bir cüt oval boruları tamamlayır.
Комментариев нет:
Отправить комментарий
Rəy bildir