21 февраля 2014

Porsche ekslklüziv 911 Turbo göstərdi


Porsche Exclusive bölməsi tərəfindən seriya sportkarı “Porsche 911”-ın fərdiləşdirmə imkanlarının nümayiş etdirmək üçün xüsusi yaradılmış “911 Turbo” modifikasiyası hazırlanıb.


Avtomobil dekorativ aksesuarlarla tamamlanmış eksklüziv eksteryer bəzəyi və möhtəşəm materiallar istifadə olunmuş unikal daxili içlik tərtibatı əldə etdi. Fərdiləşdirmə proqramı texniki içliyə toxunmadan avtomobilə təkcə kosmetik yeniliklər gətirir.



Porsche Exclusive-dən olan “Porsche 911 Turbo”-nun banı qızılı “Lime Gold Metallic” rənginə boyanıb. Ona effektli təzad üçün alman dizaynerləri çox sayda qara aksentlərdən istifadə ediblər.


Aerodinamik asmanın hissələrini, şüşələrin çərçivələrini və 20 düymlük yüngül lehimli Sport Classic disklərinin millərini qara rəngə boyayıblar. Sportkupe tonlaşdırılmış şüşələr, Porsche Dynamic Light System funksiyası olan tündləşdirilmiş biksenon qabaq fənərlər və şəffaf arxa fənərlər əldə edib.


Salon boz “Agate Grey” və qızılı “Lime Gold” rəngdə olan yüksək keyfiyyətli dəri ilə tikilib, idman sükan dairəsi isə alkantara ilə örtülüb. Xüsusi yer xalıları, qapı astanalarının qoymalarında işıqlanan qızılı zolaq və mərkəzi tuneldə və cihaz panelində karbon lifindən hazırlanmış plankalar avtomobilin unikallığına işarə edir.


Комментариев нет:

Отправить комментарий

Rəy bildir