05 марта 2014

Porsche 911 Targa: altmışıncı illərə qayıdış




KİV-nin təmsilçiləri üçün açılmış Detroyt sərgisində “Porsche” şirkəti “tarqa” banında sonuncu nəsil sportkar 911-i təqdim etdi. Avtomobil tam ötürücülü kupe “Carrera 4 və Carrera 4S”-in əsasında iki “Targa 4 və Targa 4S” versiyasında təqdim olunacaq.




Sportkar damın çıxarıla bilən sərt hissəsini və böyük arxa şüşə əldə etdi. Bu modifikasiyalar ABŞ bazarına cari ilin yayında gələcək. “Porsche 911 Targa 4”-ün baza versiyasının qiyməti 101 600 dollar olacaq. 991 banında “Porsche 911” 1965-ci ildə buraxılmış birinci 911-in “tarqa” versiyası ilə oxşar olacaq.



Damı yığmaq üçün düyməni basmaq lazımdır, lakin bu əməliyyatı avtomobil yerində dayanarkən yerinə yetirmək olar. 19 saniyə ərzində çıxarıla bilən hissə oturacaqların arxasında yerləşəcək.



“Porsche 911 Targa 4” 350 a.g. olan 3,4 litr həcmli altısilindrli oppozitli mühərriklə təchiz olunub. PDK seçim transmissiyası və Sport Chrono paketi avtomobilə 96 km/saata 4,6 saniyəyə sürət yığmağa imkan verir.



Maksimal sürət 280 km/saatdır. 400 a.g. verən 3,8 litrlik mühərrik robot və idman paketi ilə birgə “Targa 4S”-in 116 200 dollar qiymətində olan modifikasiyasını 96 km/saata 4,2 saniyəyədək, maksimal sürəti isə 293km/saatadək sürətləndirdi.
 
 

Комментариев нет:

Отправить комментарий

Rəy bildir