07 февраля 2013

SR Auto Group-da Porsche Panamera Mansory-ni bəzədilər


Şübhə yoxdur ki, “Porsche Panamera” əlavə aksesuarlarsız da orijinal və müstəqil avtomobildir. Lakin bu nümunənin sahibinə bu az göründü və ona görə də o, öz superkarını “Mansory” tüninq atelyesinə göndərdi.





Bu atelyenin mütəxəssisləri liftbeki idman “asılqanı” ilə təchiz etdilər. Görəsən bu avtomobilin xarici görünüşünü nə dəyişə bilər? Bu suala cavab vermək Vankuverdə yerləşən “SR Automotive Group” atelyesinə həvalə olunmuşdu.


Kanadalı mütəxəssislər özləri üçün adi olan üslubda hərəkət etdilər. Onlar “PUR Wheels” şirkətinin istehsal etdiyi eksklüziv “4OUR” disk dəsti quraşdırdılar.


Böyük 22-düymlük təkərlər qara millər və “Davinci Red” çalarlı parlaq-qırmızı çənbərlə fərqlənir. “Porsche Panamera”-nın güclü əyləc supportlarını da qırmızı rəngə boyayıblar. 


“Mansory”-dən olan “asma”-ya yenidən baxılmış qabaq və arxa bamperlər, yeni kapot, cox böyük yan ətəklər, həmçinin genişləndirilmiş qabaq və arxa qanadlar, o cümlədən 22-düym diametrli disklər quraşdırmağa imkan verən qabaritli təkər yarımhalqaları daxildir.



Bu təkmilləşmədən sonra sportkar eksklüzivlik qazandı və Kanadada “Mansory” və “SR Auto” tüninqində yeganə “Panamera” oldu.

Комментариев нет:

Отправить комментарий

Rəy bildir