07 февраля 2013

Porsche 911 Turbo sportkarı Wheels Boutique tüninqində


Təkər diskləri istehsalçısı Wheels Boutique şirkəti 997 kuzovunda Porsche 911 modelinə təkcə yeni təkər dəsti geyindirməklə kifayətlənməyib və ona avtomobillərin satışsonrası tüninqi üçün müxtəlif şirkətlərin istehsalı olan detallar komplekti də “hədiyyə” edib. 


Porsche 911 Turbo restaylinq versiyası 20 düymlük ADV.1 diskləri əldə edib. Avtomobilə tətbiq edilən digər komponentlər isə artıq Michelin PSS şinləri geyindirilmiş həmin qara tutqun çoxmilli disklərə uyğun seçilib. Bu disklər və KW koyloverləri sayəsində sportkarın asması maksimum endirilib.


Avtomobilə vizual idmançı görkəmi əlavə etmək və onun hərəkət sabitliyini təmin etmək üçün Vorsteiner şirkətinin aerodinamik paketindən istifadə etmək qərara alınıb. Xarici ayarlamanın final ştrixləri tutqunlaşdırılmış fənərlər və parlaq göy rəngli əyləc sistemi supportları ilə vurulub.


Avtomobilin 3,8 litrlik alrı silindrli oppozit turbo mühərrikində də “irimiqyaslı” təkmilləşdirmə işi aparılıb, lakin nəticəsi hələlik açıqlanmır.


Комментариев нет:

Отправить комментарий

Rəy bildir