07 февраля 2013

FAB Design atelyesindən Porsche Cayenne Emperor


“Porsche Cayenne (958)” yolsuzluq avtomobili “FAB Design” atelyesindən “Emperor” tüninq-paketinə yiyələndi. Tamamlanmış avtomobili canlı olaraq mart ayının əvvəllərində Cenevrə 2013 avtosalonunda görmək olar.


“FAB Design”-dan olan tüninq olunmuş Kayen enli bodi-kitə sahib oldu ki, ona böyüdülmüş havaçıxıntıları olan yeni qabaq bamper, ventilyasiya kəsikləri olan karbon kapot, enliləşdirilmiş qanad və kandarlar, o cümlədən damda karbon lifindən olan spoyler və trapesiya şəklində dörd qaxçıxarma borucuqları olan dəyişilmiş arxa bamper edildi.


Bundan əlavə müştərilər arxa görünüş güzgüsündə karbon əlavələr, diffuzor və qabaq spoyler də sifariş verə bilərlər. Sonuncu istəyə uyğun olaraq avtomobilin banı rəngində boyana bilər.


“Cayenne” üçün “Emperor” aeropaketinin qiyməti çatdırılma hesablanmadan 16490 avrodur. Xarici görünüşü 22-düymlük çoxmilli təkər diskləri tamamlayır ki, onlar qabaqdan 265/35ZR22, arxadan isə 305/30ZR22 ölçülü “Dunlop Sport Maxx” təchiz edilmişdir.


Dizel versiyalı “Cayenne S” sahibləri üçün isə idman buraxılışının quraşdırılması və “ECU” modulunun yenidən tənzimlənməsi təklif edilir. Sözügedən apqreyd dizel “V8”-ə əlavə 48 at gücü və 80 Nm fırlanma anı verir.


Bu cür tüninq ilə “FAB Design”-dan olan “Cayenne” yerindən 100km/saat sürəti 5,4 saniyəyə yığır, maksimal sürət isə 257 km/saata çatır.

Комментариев нет:

Отправить комментарий

Rəy bildir