07 февраля 2013

Gemballa tüninqində Porsche 980 Carrera Mirage GT


“Gemballa” tüninq atelyesi Ştutqart istehsalçısı “Porsche” avtomobillərini əsl super-karlara çevirməkdə nadir bacarığı ilə məşhurdur. Bu dəfə “Gemballa” mütəxəssisləri istehsalçının “980” kod adı ilə adlandırdığı “Porsche Carrera GT” modeli üzərində işləməl qərarına gəldilər.




Alman tünerləri heç bir elementi diqqətdən kənar buraxmayaraq çox sürətli kupenin təkmilləşdirilməsinə kompleks şəklində yanaşdılar. Xaricdən avtomobil aerodinamik bodi-kitin quraşdırılması sayəsində dəyişdi, interyer yeni bəzəklərlə daha zərif oldu, güc qurğusu da bəzi dəyişikliklərə məruz qaldı.


“Carrera GT”-də ilk növbədə gözə çarpan banın bütün elementlərinin və yeni “asmanın” boyandığı açıq-sarı rəngdir. Sonuncuya qabaq əyləclərin soyudulması üçün bir cüt əlavə havaçıxıntıları olan dəyişilmiş qabaq bamper daxildir. Qabaq qanadlar zavod analoqlarından nadir konstruksiyası ilə fərqlənir və bu da qabaq oxun təkərlərinə daha çox soyuq hava verir.


Yan ətəklərin ölçüləri bir qədər böyümüş və səlis şəkildə böyük arxa qanada keçir. Arxa hissənin bamperi qara dördqollu diffuzor və əlavə ventilyasiya kəsikləri aldı. Eyni zamanda mühərrik qapağında əlavə stop-fənərlə təchiz olunmuş ənənəvi spoyler meydana gəlib. Stilləşdirməni banın açıq rəngi ilə təzad edən qara təkər diskləri tamamlayır.


Kupenin interyeri də yenidən işlənib. Alman tünerləri oturacaqları və qapı panellərini sarı tikişlərlə sırınmış qara dəri ilə tikdilər. Bundan əlavə açıq-sarı rəngli əlavələr mərkəzi konsolda, qapılarda və sükanda da var. Bununla yanaşı almanlar sport-karın güc qurğusunu da yaddan çıxarmadılar.


Məşhur ustaların manipulyasiyasından sonra 10-silindirli mühərrikin gücü 38 a.g. artaraq 650 a.g. oldu. Maksimal fırlanma anı da 630 Nm-ə qədər artdı. Bu dəyişikliklər sayəsində “Carrera GT”-nin maksimal sürəti 335 km/saata çatdı. 0-dan 100 km/saata sürətlənmə 3,9 saniyədən 3,7 saniyəyə qədər tezləşdi. 200 km/saata qədər isə 9,7 saniyə tələb olunur.


Tünerlər öz layihələrini son nüsxəsi artıq çoxdan konveyerdən çıxmış “Porsche 980 Carrera” modifikaskiyası ilə “Mirage GT Black Edition” adlandırdılar.

Комментариев нет:

Отправить комментарий

Rəy bildir