08 января 2013

Porsche 911 (991) Attack Anibal Automotive


Anibal Automotive emalatxanasından olan Kanadalı tünerlər özlərinin Attack bodi-kitinə minimal dəyişiklikliklər edərək onu 991 kuzovda yeni nəsil Porsche 911 modelində tətbiq ediblər. Staylinq-paket avtomobilin aerodinamik göstəricilərini yaxşılaşdırmaqla onun eksteryerinə daha çox idmançı görkəm və fərdi orijinallıq gətirib. Əlavə olaraq maşının çəkisi də azalıb. 


Yeni aeroyük özündə avtomobilin xarici görkəmini kökündən dəyişən çoxlu sayda karbon elementləri birləşdirir. Hər şey karbon kapot və yenidən işlənmiş qabaq qanadlarla çox gözəl tutan görünüşü dəyişdirilmiş ön bamperlə başlanıb. 



Enli yan ətəklər tədricən üzərində şaquli havalanma dəlikləri olan xeyli genişləndirilmiş arxa qanadlara keçir.


Çoxlu sayda oyuqları olan arxa bamper iri diffuzorla tamamlanıb. Hər iki yandan qoşa xaricetmə borularının ucluqları görünür. Mühərrik bölməsi qapağının qırağına kənarları aşağıya doğru əyilmiş iri spoyler bərkidilib.


Mükəmməl Porsche 911 (991) stilini bitirməyə onun yeni təkərləri, aşağı salınmış asması və iki rəngli kuzovu imkan verir.



Комментариев нет:

Отправить комментарий

Rəy bildir