07 января 2013

Porsche şirkəti Cayenne Turbo S 2013 modelinin ilk şəkillərini dərc edib


Porsche şirkəti Cayenne Turbo S yolsuzluq avtomobiləri sırasının yeni flaqman modelinin ilk şəkillərini dərc edib. Hazırkı Panamera Turbo S kimi yeni model də səkkiz silindrli turbo mühərriklə təchiz ediləcək. Bundan başqa alman mühəndislər sürətli yolsuzluq avtomobilinin daxili tərtibatında bahalı materiallardan istifadə etməklə “zirvə” modelinə üstünlük qazandırıblar. “Ən güclü” Cayenne eksteryerdəki bəzi kosmetik dəyişikliklərlə də nisbətən “büdcə” modellərindən fərqlənir.


Yeni nəsil Turbo S mühərrikinin gücü 49 a.g., fırlanma anı isə 50 Nm artırılaraq maksimal 542 a.g. və 750 Nm çatdırılıb. Bu modifikasiya sayəsində Turbo S ilk “ yüzlüyə” ən yaxın “qohumu” Cayenne Turbo modelindən 0,2 saniyə tez – 4,5 saniyəyə sürətlənir. Maksimal sürət 5 km/saat artırılaraq 283 km/saat həddinə çatdırılıb. Buna baxmayaraq yanacaq sərfi dəyişməyib – 11,5 L/100 km.


Xarici fərqləndirici əlamətlərdən ən əvvəl unikal yüngül lehimli 21 düymlük disklər, tutqunlaşdırılmış ön və arxa fənərlər, ön bamperin arxasında və yan arxa görünüş güzgüləri korpuslarında, həmçinin düzbucaqlı (oval əvəzinə) sonluqları cüt-cüt yerləşən dörd borulu xaricetmə sistemində qara parlaq aksentlər qeyd edilə bilər.


Salon iki rəngli dəri ilə üzlənib və ona həmin rənglərlə təzad təşkil edən tikişlər vurulub. Mərkəzi konsolda, qapılarda və cihaz panelində çoxsaylı karbon taxmalar da diqqət çəkir. 
Almaniyada Porsche Cayenne Turbo S 2013 qiyməti 151 702 avrodan (196 200 dollar) başlayır. Bu “adi” Cayenne Turbo qiymətindən təxminən 30 000 avro çoxdur.




Комментариев нет:

Отправить комментарий

Rəy bildir