30 декабря 2012

Porsche 911 GT2 trek versiya


Zavodun 993 ban indeksində olan “Porsche 911 GT2” keçən əsrin 90-cı illərinin ortalarında buraxılıb və indi onun döyüş avtomobilindən çox kolleksiya üçün olması hesab edilir. “McChip” atelyesində bununla razı deyillər və onun bazasında küçələrlə də hərəkət edə biləcək trek-versiya hazırladılar. Sportkarın trekdə özünə güvənməsi üçün atelyenin mühəndisləri yaşlı kupeni praktik olaraq tamamilə söküb yenidən yığmalı oldular.




3,6-litrlik ikiqat turbo yükləyicili oppozit mühərrik yenidən tənzimlənmiş turbinlər, yenilənmiş idarəetmə bloku, idman üslubunda qaz çıxma sistemi və yeni idarəetmə proqramı aldı.


Nəticədə onun gücü adi 450 a.g.-dən 596 a.g.-ə qədər artdı, fırlanma anı isə artıq 850 Nm-ə çatır. Bundan başqa sportkar “KW” komponentlərində olan yeni idman asması, özü bloka düşən differensial və yeni aerodinamik elemenlər dəsti aldı.


İnteryerə gəldikdə isə burada “Recaro” idman təknələri, çıxarıla bilən sükan və video yazma imkanlı informasiyanı qeyd edən telemetrik sistem meydana gəldi. Ban təhlükəsizlik karkası ilə gücləndirilmiş, salon isə karbon əlavələrlə bəzədilmişdir.
“McChip” atelyesindən verilən məlumata görə sportkar üzərində iş 800 saatdan çox olub, lakin nəticədə avtomobilin qiyməti 200.000 avroya qədər artıb.


Mənbə: AUTO.AZ

Комментариев нет:

Отправить комментарий

Rəy bildir