08 января 2013

Carlex Design emalatxanasından Porsche Panamera Turbo S


Polşanın Carlex Design tüninq emalatxanası Porsche Panamera Turbo S lüks hetçbekinə əl gəzdirib. Tünerlər avtomobilin interyer və eksteryerinə fərdi xüsusiyyət versələr də, ən güclü Panamera modelinin texniki özəyi olduğu kimi qalıb. 


Avtomobilin eksteryeri Almaniyanın TechArt tünerindən GrandGT bodi-kiti əldə edib. Bu da avtomobilin kuzovunu öndən 42 mm, arxadan isə 84 mm genişlədib. Aerodinamik asma yenidən işlənmiş böyük hava çəpərli ön bamper və alçaq splitterdən, təkər tağlarının genləndiriciləri və yan ətəklərdən, diffuzorlu arxa bamper və tənzimlənən antiqanaddan təşkil olunub. Dəbdəbəli təkər diskləri və ön qanad qəlsəmələrindəki astarlar, yenilənən eksteryeri tamamlayan son detallardır.


Sportkarın salonu qara dəri və tünd boz alkantara ilə işlənib. İnteryerin bəzədilməsində karbon və alümindən də istifadə olunub.




Комментариев нет:

Отправить комментарий

Rəy bildir