08 января 2013

Porsche 911 Caractere Exclusive


Belçikalı Caractere Exclusive tüninq emalatxanası avtomobil xəbərlərinin tez-tez adı çəkilən qəhrəmanlarından olmasa da onu alman avtomobillərinə dəyişikliklər etməklə bağlı bir neçə keyfiyyətli layihəsi olduğundan müəyyən dairələrdə çox yaxşı tanıyırlar. 

Bu dəfə tünerlər axırıncı 991 kuzovda Porsche 911 modeli üçün hazırladıqları tüninq-paketi təqdim ediblər. 


SEMA 2012 avtomobil sərgisində Caractere Exclusive alman sportkarın ənənəvi xarici görünüşünü təzələyən tüninq-paketin seriya şəkillərini yayıb.


Belçika layihəsinin kuzovu unikal bodi-kit əldə edib. Təqdim edilən şəkillərdə Porshe 911 azsaylı qara aksentləri olmaqla ağ rəngdədir, lakin Caractere Exclusive şirkəti mütəxəsssləri ona istənilən rəngi vura bilərlər.







Комментариев нет:

Отправить комментарий

Rəy bildir