08 января 2013

9ff şirkəti 1200 at gücü olan Porsche 911 GT3 GTurbo təqdim edib


İstisnasız olaraq Porsche markalı avtomobillərin satış sonrası tüninqi üzrə ixtisaslaşan tanınmış alman şirkəti 9ff başa çatdırdığı sonuncu layihəsinin şəkillərini dərc edib. Bu dəfə şirkətin mütəxəssisləri mühərrikini işləyərək ona əlavə güc qazandırmaq üçün populyar 997-ci kuzovda 911-ci sıranın flaqmanı Porsche 911 GT3 modelini seçiblər. 


Bu avtomobilin tüninqdən sonra sahib olduğu fantastik 1 200 a.g. və 1 150 Nm maksimal fırlanma anı onu dünyada ən güclü Porsche maşınlarından birinə çevirib.


Alman tünerlərin Porsche 911 GT3 GTurbo adlandırdığı həmin kupenin yerindən ilk “yüzlüyə” sürətlənməsi cəmi 3,3 saniyə çəkir, onun maksimal sürəti isə müdhiş bir bir rəqəmlə - 403 km/saat ilə ifadə edilir. Bununla belə iki qapılı avtomobil ümumi istifadə yollarının bütün texniki tələblərinə tamamilə uyğun gəlir. Başqa sözlə desək onu istənilən yolda sürmək mümkündür.




Комментариев нет:

Отправить комментарий

Rəy bildir