Porsche-alman avtomobil
şirkətidir. Şirkətin mərkəzi Ştutqart şəhərində yerləşir. Şirkətin əsası məşhur
konstruktor Ferdinand Porsche tərəfindən 1931-ci ildə dizayn-büro kimi
qoyulmuşdur.
1937-ci ildə “3-cü Reyx”ə Berlin-Roma marafonunda qalib gəlmək üçün(1939 sentyabr) yarış avtomobili lazım oldu. Həmin vaxtda Porsche milli idman komitəsinin dəstəyini alaraq işə başladı! Volkswagen “böcək” bazasında Porsche-nin 3 prototipi - 50 at güclü “60K-
“Porsche 356” modelinin 1951-ci ildəki
uğurlarını nəzərə alaraq Ferdinand Porsche sırf idman avtomobili yaratmaq
qərarına gəlir. Bu avtomobil isə 1953-cü ildə yaradılan “Porsche Spyder” olur.
Bu avtomobil bir-birinin ardınca yarışlarda qalib olur. 1953-cü ildə Meksikada
keçirilən “Carrera-Panamericana” avtomobil yarışının qalibi olandan sonra ən
sürətli modellərə “Carrera” adı vermək ənənəsi başlayır. İlk “Porsche Carrera”
modeli 1955-ci ildə işıq üzü görür.
1956-cı il iki hadisə
ilə yadda qaldı: 356-nın yenilənmiş versiyası-356A və “Spyder”in daha sakit
modifikasiyası olan-550A. İki il sonra hər bir cəhətdən yarış avtomobili olan
“Porsche 718”
yarandı. 1958-ci ilin sonu hamının sevimlisi olan “Spyder”in sonu oldu. Onun
yerini daha güclü model-“356D” tutdu.
1960-cı ildə “550”nin son modeli olan “718 RS” yaradıldı. “356” modelinin 3
modifikasiyası var idi. Ən güclüsü isə - “Super 90” adlandırılırdı. 1961-ci
ildə “356 GS Carrera” modeli “Gran Turismo” sinfinin yarışlarında uğurla çıxış
etdi. Yazda “Carrera” ailəsinin ən son və ən sürətli modeli- “Carrera 2” yarandı. 1963-cü ildə isa
daha bir neçə dəyişiklik edilərək 356C
modeli alındı.
1960-cı ildə “550”nin son modeli olan “718 RS” yaradıldı. “
15 il ərzində “Porsche 356” dünyanın ən prestijli yarış
avtomobillərindən biri olmuşdur. Amma zaman keçdikcə bu avtomobil müasir
tələblərə daha az cavab verirdi. Nə isə, tamamilə mükəmməl bir avtomobil
yaratmaq lazım idi. Bu avtomobil Ferdinand Porsche-nin şedevri olan və bütün
dünyada məşhur olan “Porsche 911”
oldu. Bu avtomobilin yaradılmasında onun oğlu da iştirak etmişdir. 911 ilk dəfə
1963-cü ildə Frankfurt avtosalonunda nümayiş
olunmuşdur.
İdman dünyasında daha
bir layiqli əvəzləmə oldu – “RS Spyder” və “356 GS Carrera”nın davamçısı “904
GTS” oldu. Bu modelin davamçısı isə 1966-cı ildə yaradılan “906” oldu. Məhz bu avtomobil
60-cı illərdə yaradılan bir çox modellər üçün(907,908,917) baza olmuşdur.
1965-ci ildə daha ucuz modifikasiyalı, 4 silindrli “Super 90” mühərrikli “Porsche 912” buraxıldı.
1967-ci ildə isə “Porsche 911 Targa” satışa çıxarıldı. 1975-ci ildə idman avtomobilləri arasında dünyada ən qənaətli hesab olunan “Porsche924” modeli yarandı. 1977-ci
ildə isə 8 silindrli 240 at güclü “928”
modeli təqdim olundu. Bu model 1978-ci ildə Avropada “ilin avtomobili” seçildi.
1979-cu ildə “928”
modelinin daha güclü versiyası – 300 at gücündə olan “928 S” yarandı.
Avtomobilin maksimal sürəti 250 km/saat idi.
1967-ci ildə isə “Porsche 911 Targa” satışa çıxarıldı. 1975-ci ildə idman avtomobilləri arasında dünyada ən qənaətli hesab olunan “Porsche
1981-ci ildə “924” modelinin daha təkmil
versiyası – 220 at güclü və 250 km/saat sürətə malik olan “Porsche 944” istehsal olundu. 3 il
sonra Frankfurt avtosalonunda “959” modeli nümayiş olundu.
Bütün mümkün olan və olmayanları özündə toplayan bu model “Porsche”nin ən
müasir idman avtomobilini təcəssüm etdirirdi. 10 illiklər ərzində prototiplər
sinfini yeni uğurlu modellər – “936” ,
“956” , “962” tamamlayırdı. Bu modellər
bir neçə dəfə “24 saat Le-Manş” yarışlarının qalibi olmuşlar. “959” isə “Paris-Dakar”
marafonunda hökmranlıq edirdi.
1988-ci ildə avtomobil dünyasının inkişaf etməsi ilə əlaqədar “Porsche 944 S2” Kabriolet nümayiş olundu. 80-ci illərin sonunda yeni model – “911 Spyder” yarandı. Bu modelin turbo versiyası 1991-ci ildə işıq üzü gördü. 1992-ci ildə isə “Porsche” ailəsinə daha bir model əlavə olundu – mühərriki öndə yerləşən “968” modeli. Bu model özündə “944” modelinin bütün ahəngini
cəmləyirdi.
1988-ci ildə avtomobil dünyasının inkişaf etməsi ilə əlaqədar “Porsche 944 S2” Kabriolet nümayiş olundu. 80-ci illərin sonunda yeni model – “911 Spyder” yarandı. Bu modelin turbo versiyası 1991-ci ildə işıq üzü gördü. 1992-ci ildə isə “Porsche” ailəsinə daha bir model əlavə olundu – mühərriki öndə yerləşən “
Porsche
konstruktorlarının növbəti hədiyyəsi 1993-cü ildə Frankfurt
avtosalonunda debüt edən, 911 modelinin yeni nəsli olan – 993 tipi oldu. 2 il
sonra 408 at güclü, turbo mühərrikli Porsche istehsal olundu. Elə həmin il
ümidləri doğrultmayan “928”
və “968”
modelləri üçün son oldu.
1995-ci ildə “Porsche”nin model sırasına ilk baxışdan qeyri-adi görünən, dam örtüyü tamamilə şüşədən olan “Porsche 911 Targa” əlavə olundu. 1996-cı ildə Porsche şirkəti “bahalı” idman avtomobilləri sinfində özünün böhrandan sonrakı vəziyyətini bərpa etmək üçün avtomobil bazarına tamamilə yeni model olan – “Boxster”i təqdim edir. Model avtomatik yığılan yumşaq dam ortüyünə malikdir. İstəyə uyğun olaraq sərt dam ortüklü variant da əldə etmək olar. Nəhayət ki, ecazkar 911 modelinə “ucuz” rəqib tapıldı.
1995-ci ildə “Porsche”nin model sırasına ilk baxışdan qeyri-adi görünən, dam örtüyü tamamilə şüşədən olan “Porsche 911 Targa” əlavə olundu. 1996-cı ildə Porsche şirkəti “bahalı” idman avtomobilləri sinfində özünün böhrandan sonrakı vəziyyətini bərpa etmək üçün avtomobil bazarına tamamilə yeni model olan – “Boxster”i təqdim edir. Model avtomatik yığılan yumşaq dam ortüyünə malikdir. İstəyə uyğun olaraq sərt dam ortüklü variant da əldə etmək olar. Nəhayət ki, ecazkar 911 modelinə “ucuz” rəqib tapıldı.
1996-cı il 15 iyul
“Porsche” şirkətinin tarixində ən əlamətdar günlərdən biri idi: milyonuncu
Porsche istehsal olundu. Bu model – “911 Carrera”nın polis avtomobili versiyası
oldu.
1999-cu ilin əlamətdar
hadisəsi “996”nın gövdəsində hazırlanan “GT3” oldu. Dinamikasına görə bu model
“911 turbo”ilə çox oxşardır. 6 silindrli, 415 at gücündə olan bu avtomobil
0-100 km/saat-a qədər sürəti 4.8 saniyəyə yığır. Maksimal sürət: 300 km/saat.
Növbəti il 996 bazasında hazırlanan yeni “turbo” üçün qələbə ili oldu. 420 at
gücündə olan bu avtomobil 0-100 km/saat sürəti 4.2 saniyəyə qət edir.
2003-cü il – “Carrera
GT”. Bu model 959-un davamçısıdır. 10 silindrli V-şəkilli və 612 at gücünə malik
olan bu avtomobil 0-100 km/saat sürəti 3.9 saniyəyə, 200 km/saat-a sürəti isə
10 saniyəyə qət edir. Maksimal sürət isə 330
km/saat.











Комментариев нет:
Отправить комментарий
Rəy bildir